Türkiyə səfiri həlak olan tələbələrlə bağlı paylaşım etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Malatyada zəlzələ nəticəsində həlak olan tələbələrimizlə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, diplomat tviter səhifəsində tələbələrin ailələrinə səbir diləyib: "Ölkəmizdə baş verən zəlzələdə həyatını itirən azərbaycanlı universitet tələbələrimizə Allahdan rəhmət, kədərli ailələrinə və yaxınlarına başsağlığı diləyirik".

Qeyd edək ki, fevarlın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Şahin Verdiyev, S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə adlı azərbaycanlı tələbələr dağıntılar altında qalaraq həlak olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR