“Qarabağı öyrənək” intellektual yarışı keçirilib

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Qarabağı öyrənək” intellektual yarışı keçirilib.

Metbuat.az xəbər verir ki, 10 komandadan ümumilikdə 60 nəfərin iştirak etdiyi intellektual yarışda Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və digər mövzulardan ibarət olmaqla 24 sual təqdim olunub. “Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda gənclər birincilik uğrunda mübarizə aparıblar. “Mütəşəkkil dəstə” komandası birinci, “Sinaps” komandası ikinci, “BoomShakaLaka” komandası isə üçüncü yerin qalibi olub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən layihə rəhbəri Aydan Hüseynova bildirib ki, “Qarabağı öyrənək” layihəsinin əsas məqsədi tarixini yüksək səviyyədə bilən gənclərin intellektual potensialının yüksəldilməsinə dəstək vermək, habelə onların Qarabağın tarix və mədəniyyəti haqqında məlumatlılıq səviyyəsini artırmaqla dövlət gənclər siyasətinə töhfələr verməkdir. Bildirilib ki, layihənin davamlılığının təmin olunması məqsədilə bu tip yarışlar gələcəkdə də keçiriləcək.

Sonda ümumi xal hesabında qalib gəlmiş komandalar kubok, medal və sertifikatlarla təltif edilib. Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR