Braziliya millisinin başına o gətirildi -

Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi açıqlanıb.

Metbuat.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Ramon Menezes təyin edilib. O, hələlik baş məşqçinin səlahiyyətlərini yerinə yetirəcək.

51 yaşlı mütəxəssis bundan əvvəl ölkəsinin 20 yaşadək futbolçulardan ibarət yığmasına başçılıq edib. Komanda onun rəhbərliyi altında öz yaş qrupu üzrə son dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Ramon Menezes bu postda DÇ-2022-dən sonra istefa verən Titeni əvəzləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR