Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində

Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək. Silahsız polis əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetindən bildirilib.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, Aİ-nin beynəlxalq missiyasına Avropanın müxtəlif ölkələrindən olan 100 polis daxil olacaq. Onlardan maksimum 15 nəfər Almaniyadan olacaq.

Avropalı müşahidəçilərin missiyası fevralın 20-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR