Zəlzələdə binası dağılan iş adamının dedikləri təəccübləndirdi - "Sakinlər edib" /

Kahramanmaraşdakı zəlzələlər zamanı Qaziantepdə dağılan “Ayşe-Mehmet Polat” binasının podratçısı və texniki nümayəndəsi Mehmet Ertan Akay həbs edilib.

Metbuat.az xəbər verir ki, o, ilk ifadəsində binanın dağılmasına görə sakinləri günahlandırıb. Nümayəndə iddia edib ki, bina dövrün qaydalarına uyğun olaraq inşa edilib. Akayın sözlərinə görə, tikinti başa çatandan sonra bəzi işlər mənzillərdə yaşayan sakinlər tərəfindən həyata keçirilib və bu da binanın təməlini zədələyə bilər. O, binanın tikintisinin 1995-ci ildə başladığını və 4 ilə inşa edildiyini ifadə edib:

“Xatırladığım qədər, 1999-cu ildə həmin ərazinin yerləşdiyi ərazidə kanalizasiya, su və elektrik qurğuları olmayıb. İnfrastruktur işləri tikinti başa çatdıqdan sonra aparılıb. Hesab edirəm ki, bu, ərazinin bünövrəsinə ziyan vura bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR