Diqqət! Polis bu qadını axtarır: Görənlərdən xahiş olunur ki... - FOTO

Paytaxtın Pirallahı rayonu ərazisində yaşayan 34 yaşlı Çinarə Barışova yanvarın 20-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi"nə, həmçinin Pirallahı Rayon Polis İdarəsinə(012) 457-02-02 şəhər və (050) 670-08-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR