Ötən il baş verən qəzaların sayı açıqlandı -

2022-ci ildə 1668 yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bu, 2021-ci illə müqayisədə 1,2 faiz çoxdur. qeyd olunub ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub. Onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb.

Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş vermiş, 31,2 faizi həftənin şənbə və bazar günlərində baş verib.

Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisələrin 8-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR