Hollivudun seks-simvolu hesab olunan aktrisa öldü -

Məşhur amerikalı aktrisa Rakel Uelç 82 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, məşhurun ölüm səbəbləri barədə ətraflı məlumat verilməsə də ilkin ehtimallara görə aktrisa xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Rakel Uelçin karyerasına 60-cı illərin ortalarında başlayıb. Daha sonra aktrisa "Fantastik səyahət" və "Milyon il BC" layihələrində iştirak edib. 70-ci illərdə aktrisa "Üç muşketyor: Kraliçanın kulonları" filmindəki roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Uelç həmçinin "Ən böyük cekpot", "Mavi saqqal", "Fantastik səyahət", "Flaş" və digər filmləri ilə tanınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR