"Burada yerə tüpürmürlər, işləyənə də pul xəzəl kimidir" -

Ailə qurduqdan sonra Rusiyanın paytaxtına köçən müğənni Afət Fərmanqızı Azərbaycanla Rusiyanı müqayisə edib.

Metbuat.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan ifaçı Rusiyada hər kəsin qayda-qanunlara riayət etdiyini bildirib:

“Yazdıqlarım bəzilərinə aiddir, öz insanlarımızdan və vətənimizdən gözəli əlbəttə, yoxdur. Amma yazdıqlarımı bəziləri oxusun və intizamlı olsun.

Dostlar, buradan doymuram ki... Meşənin içində Moskva şəhəri, bu gözəllik heç yerdə yoxdur. Keçən il konsertimlə bağlı 14 fevralda da burada idim, Vüqar qardaşım məni qarşıladı. O zaman ona bildirdim ki, qismət olsa, ailə qurub bura köçəcəyəm. Allahdan arzu etdim ki, gələn il də burada olum. Allah səsimi eşitdi və birdəfəlik bura köçdüm. Həyat yoldaşım başda olmaqla, Rusiyada olan dostlarım və məni toylarına dəvət edən həmvətənlərimə təşəkkür edirəm.

Tam istədiyim mühitdəyəm. Rusiyadakı toylarımızda xanımların geyimlərindən tutmuş, bəylərimizin centlmenliyinə qədər hər şey qədərindədir. Burada küçəyə nəinki bəlğəmli, heç bəlğəmsiz də tüpürmürlər. Yerə zibil atan görmədim. Avtoban yolu, piyada keçidi olmayan yerdən keçən, Puşkinin heykəlinə ayaqqabı atan da yoxdur. Maşını da qayda-qanunla sürürlər, siqnal səsinə hələ ki, rast gəlməmişəm. İnsanlar bir-birinin şəxsi həyatına müdaxilə etmirlər. Qeybət də yoxdur. Heç kim heç kimə baxmır. İşləyən adama da pul xəzəl kimi... Bir sözlə, intizamlı ol, sənə yaşıl işıq yanacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR