Zəlzələdən qurtulan ailəyə yanğın faciə yaşatdı -

Türkiyədə zəlzələdən qurtulan 2 suriyalı ailə yenidən faicə ilə üzləşib.

Metbuat.az TRT haber-ə istinadən xəbər verir ki, Konya əyaləti, Karatay rayonunda yanğın nəticəsində binanın damı çöküb. Hadisə nəticəsində biri qonaq olmaqla iki suriyalı ailənin üzvləri vəfat edib, 2 nəfər isə yaralanıb. Ümumilikdə, suriya əsilli eyni ailənin üzvü olan 7 nəfər həyatını itirib.

Məlumata görə, həmin şəxslər zəlzələ səbəbindən Qaziantepdən Konyaya gəlibmiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR