Nüvə silahları gəmilərə yükləndi:

Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasındakı döyüş gəmiləri 30 ildə ilk dəfə taktiki nüvə silahı ilə təchiz edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Norveçin Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. Norveç hərbi kəşfiyyatının hazırladığı hesabatda bildirilir ki, Rusiyanın taktiki nüvə silahlarının əhəmiyyətli hissəsi Şimal Donanmasındakı döyüş gəmilərindədir. Hesabatda qeyd edilir ki, döyüş qabiliyyəti zəifləyən Rusiya üçün nüvə silahının əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artıb və bu, NATO ölkələri üçün təhlükə yaradır. Məlumata görə, qərargahı Murmansk vilayətinin Severomorsk şəhərində yerləşən Şimal Donanmasının gəmiləri sonuncu dəfə nüvə silahı ilı soyuq müharibə dövründə təchiz edilmişdi.

Bundan əlavə, hesabatda Rusiya donanmasının peyk əleyhinə silahlara, kiberhücum proqramına və sualtı infrastrukturlara qarşı təxribat törətmək üçün qurğulara malik olduğu da iddia edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR