Şeydayev yararlana bilmədiyi penaltidən danışdı -

"Qarabağ"ın futbolçusu Ramil Şeydayev "Gent"lə qarşılaşmasında 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməməyindən danışıb.

Metbuat.az xəbər verir ki, hücumçu oyundan sonra "CBC Sport"a açıqlamasında qeyd edib ki, bunun əvəzini qarşıdakı oyunlarda çıxacaq: "Penalti lotoreya kimidir. Əvvəllər vurmuşam, indi alınmadı. Böyük futbolçular da bəzən penaltidən yararlana bilmir. Futbolda belə də olur. Artıq komandaya bir qol borcluyam. Qarşıdakı oyunlarda bunun əvəzini çıxmağa çalışacağam".

Qeyd edək ki, "Qarabağ" - "Gent" qarşılaşması 1:0 hesabı ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR