Bu ərazilərdə qazın verilməsi dayandırıldı

Bu gün səhər saat 10:00-dan etibarən Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində təbii qaz verilişi dayandırılıb.

Metbuat.az xəbər verir ki, artıq bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismarı Sahəsindən (QİS) abonentlərə xəbərdarlıq edilib.

Xəbərdarlıqda deyilir ki, fasilə Sumqayıtın Çerkassi küçəsində yeraltı orta təzyiqli D530 mm-lik qaz kəmərində sızmanın aradar qaldırılması məqsədi ilə baş verəcək.

Sumqayıt QİS-in Qəza xidməti tərəfindən işlər tamamlanana qədər Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldǝrǝ yaşayış massivi, Novxanı, Qurddərasi, Metallurq, Corat və Saray bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 12, 13, 16 17, 18, 20 və 21-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatı dayandırılacaq.

Qurum müvəqqəti narahatçılığa görə əhalidən üzr istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR