FIFA Türkiyə və Suriya üçün bir milyon dollar yardım ayırdı

FIFA Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərəcək.

Metbuat.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlanacaq.

Qurum vəziyyəti izləyəcəklərini, gələcək tədbirlər üçün TFF və SFA ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR