Süleyman Soylunun canlı efirdə nitqi tutuldu:

Türkiyənin daxili işlər naziri Süleyman Soylu canlı efirdə duyğulu anlar yaşayıb.

Metbuat.az xəbər verir ki, Soylu “Cnn türk”ə video görüntü formatında müsahibə verərkən duyğulanıb. Soylu zəlzələ barədə xəbəri alandan dərhal sonra bölgəyə getdiklərini bildirib. Soylunun sözlərinə görə, fəsadları yerində görəndən sonra o, zəlzələnin necə dəhşətli olduğunu bir daha müşahidə edib. Soylu danışarkən bir neçə dəfə dayanıb. Onun duyğulandığı diqqətdən qaçmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR