Məmur qadınla birlikdə qətlə yetirilən kişi evdə usta işləyirmiş -

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Tərtərdə rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyev qətlə yetirilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Namiq Allahverdiyevin cütlüyün evində usta işlədiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR