"19 gün reanimasiyada qaldım" -

Əməkdar artist Mətanət İsgəndərli yaşadığı çətin günlərdən danışıb.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi “A-dan Z-yə” verilişində qonaq olarkən söz açıb.

İsgəndərli Türkiyədə baş verən faciənin görüntülərini izlədikdən sonra bu fikirləri qeyd edib:

“Qalanlara yanıram. O anı yaşamışam. 19 gün reanimasiyada qaldım. Təsəvvür edin ki, hər an vidalaşırdım dünya ilə, öləcəyimi hiss edirdim. Həmin an qorxmadım Çünki bilirdim ki, Allaha qovuşuram. Başıma bir iş gələndə deyirəm, Allahım bu mənim cəzamdır yoxsa imtahanım? Həmişə belə dua edirəm. Əgər cəzamdırsa, Allah, məni bağışla. Yox, imtahandırsa, məni bu imtahandan üzü ağ çıxart”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR