Erməni futbolçudan “Qalatasaray”a ŞOK TƏLƏB:

“Qalatasaray”ın transfer etməyə çalışdığı Moskva "Dinamo"sunun erməni əsilli futbolçusu Arsen Zaxaryan Türkiyədə futbol oynamağa etiraz etməyib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla belə, futbolçu “Qalatasaray” qarşısında şərt irəli sürüb. 20 yaşlı futbolçu illik 2,5 milyon avro məvacib tələb edib. “Qalatasaray” məbləğ barədə danışıqları davam etdirir. İddiaya görə, İstanbul klubu 20 yaşlı oyunçu üçün Moskva klubuna 13 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, Arsen Zaxaryan Rusiya milli komandasının formasını da geyinir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR