Çeçenlər ayağa qalxdı

Çeçenlər ayağa qalxdı
13:46 19 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistan lideri Ramzan Kadırov Qroznıda keçirilən mitinqdə İslam peyğəmbərinin karikaturasını dərc edən mətbuat orqanlarını kəskin hədələyib.

ANS PRESS-in məlumatına görə, minlərlə müsəlman qarşısında çıxış edən çeçen lider deyib: “Biz peyğəmbəri təhqir edənlərin cəzasız qalmasına imkan vermərik. Biz görürük ki, Avropa jurnalistləri və siyasətçiləri tərbiyəsizcəsinə dindarların hissələrini təhqir edirlər”.

Ramzan Kadırov xatırladıb ki, Məhəmməd peyğəmbərini karikaturasını dərc edən ilk KİV Danimarka qəzeti olub və bu, dünyada uzun sürən siyasi böhrana səbəb olub.

Mitinqdə havaya Məhəmməd peyğəmbərə sevgini əks etdirən qırmızı və ağ şarlar buraxıblar. Sonra müsəlmanlar “Çeçen ürəyi” məscidinə üz tutaraq camaat namazı qılıblar.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR