Heydər Əliyevin sürücüsü onu belə xatırladı -

Ulu öndər Heydər Əliyevin 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunaraq Moskvada fəaliyyətə başladığı dövr onun siyasi karyerasının mühüm mərhələlərindən birini təşkil edir. Siyasi bilikləri, analizləri, uzaqgörən və işgüzar fəaliyyəti ilə həmin dövrdə rəhbərliyin xüsusi diqqətini çəkən Heydər Əliyevin imza atdığı uğurlu layihələr bu gün də Rusiya siyasi dairələri tərəfindən qiymətləndirilməkdədir.

Metbuat.az xəbər verir ki, Heydər Əliyevin komandasının bir üzvü olduğunu deyən və onun sürücüsü kimi çalışan Vladimir Tupiçin ulu öndərin Moskvaya gəldiyi ilk gündən fəaliyyəti dövründə yadda qalan xatirələrini "Real TV" ilə bölüşüb:

"Heydər Əliyevlə ilk görüşüm o, yeni vəzifəyə, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsinə təyin olunub Moskvaya gələrkən oldu. Onun xoş təbəssümü var idi. O, ünsiyətcil və ürəyə yatan bir insan idi".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR