Bəxtiyar Hacıyev barəsində

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində baş tutub. İclasda şikayət əsassız hesab olunub.

Xatırladaq ki, B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, çəki itirdiyini və səhhətinin ağır durumda olduğunu bildirir. Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

İctimai fəalın jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edildiyi bildirilir. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə ittiham olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR