BMT Türkiyə və Suriya xalqının yanındadır və əlavə yardım göstərməyə hazırdır.
Metbuat.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş belə açıqlama verib. O Hatayın Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələdən sonra sosial media hesabından mesaj paylaşıb. Quterreş bildirib ki, lazım olarsa BMT əlavə yardım göndərəcək. BMT qrupları vəziyyəti yerində qiymətləndirir deyən Quterreş, Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət göstərdiklərini ifadə edib.
Qeyd edək ki, Kahramanmaraşdakı güclü zəlzələrdən sonra ötən gün Hatayın Defne rayonunda 6,4 bal, Samandağ rayonunda isə 5,8 bal gücündə zəlzələ baş verib.