20 min suriyalı ölkəsinə qayıtdı -

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar zəlzələdən sonra suriyalı qaçqınların Türkiyəyə axın etməsi barədə iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, iddialar qətiyyən doğru deyil. O bildirib:

"Bu iddialar həqiqətə uyğun deyil. Türkiyədə yaşayan Suriya vətəndaşları evlərini və yaxınlarını itirdikləri üçün öz torpaqlarına qayıdırlar. Türkiyədən Suriyaya tək tərəfli istiqamətdə evlərinə və torpaqlarına dönən Suriya vətəndaşları var. Hazırda bu rəqəmin 20 mini keçdiyini müşahidə edirik”.

Qeyd edək ki, Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ilə birlikdə Hatayın Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələdən sonra şəhər mərkəzində araşdırmalar aparıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR