Elnarə şəhidlərə mahnı həsr etdi - audio

Elnarə şəhidlərə mahnı həsr etdi  - audio
13:46 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Elnarə Xəlilova “Aman” mahnısını dinləyicilərin ixtiyarına verib.

Axşam.az-ın məlumatına görə, sənətçi yeni mahnısını şəhidlərə, xüsusilə ad günü olan Fərid Əhmədovun ruhuna ithaf edib.

“Hər birimizin ürəyində bir nisgil var. Hamı kimi mən də Vətənimizin işğal olunmuş torpaqlarına qovuşmaq ümidi ilə yaşayıram. Bizim əlimizdən gələn təbliğat, vətənpərvərlik ruhunun aşılanmasıdır. Biz sənət adamlarının da silahı yaradıcı işlərimizdir. Bu da mənim ideoloji müharibəmdir. Mən də bu cür müharibə aparıram. Ehtiyac yaranarsa, əlimə silah da ala bilərəm” - deyə sənətçi bildirib.

Qeyd edək ki, bəstənin sözləri və musiqisi Günel Sərdarqızına, aranjimanı Yaşar Baxışa məxsusdur. E.Xəlilova mahnıya klip də çəkdirəcək. Şuşanın işğal günü ərəfəsində təqdim ediləcək ekran işinin rejissoru ifaçının həyat yoldaşı Rövşən Cahangirov olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR