İrandan Azərbaycana gətirilən 20 tona yaxın zərərli portağal məhv edilib

İrandan Azərbaycana gətirilən 20 tona yaxın zərərli portağal məhv edib.

Bu barədə Metbuat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Best Supply Company” MMC-nin İrandan idxal etdiyi 19 400 kq portağal məhsuluna Agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm - Sitrus tristeza virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.

Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR