İmtahanda rekord qıran Nihad şahmatda Şəhriyarla "bərabərə" qalıbmış -

Xəbər verdyimiz kimi, Zeynallı Nihad magistratura imtahanında maksimal nəticə göstərərək 100 bal toplayıb.

Metbuat.az xəbər verir ki, Nihad bundan əvvəlki həftədə İTV-də yayımlanan "Milyonlarln şousu"nda iştirak edib.

Nihad bildirib ki, o şahmatı sevir. Hətta 2018 ci ildə Şəmkirdə "Vüqar Həşimov Memorial" yarışında Şəhriyar Məmmədovla şahmat oynayıb: "Şəhriyar Məmmədyarov orada fasilə müddətində seans keçirirdi. Həvəsli iştirakçılardan biri də mən idim və onunla şahmat oynadım. O, bir gediş edib başqa masalara keçirdi. Lakin mənimlə oyunda bir neçə gediş etdi və gördüm ki, vəziyyət masada gərgindir. Ona təklif etdim ki, başqa masaya keçsin. . Sonra yenə mənlə oyuna gəldi və o zaman ona bərabərliklə bağlı bir razılaşma təklif etdim. Çox sağ olsun, qırmadı məni. Defakto olaraq bərabərlik oldu".

Qeyd edək ki, Zeynallı "Milyonların şousu"nda 200 manat qazanıb. Belə ki, o, 6-cı suala düzgün cavab verə bilmədiyi üçün oyunu tərk etməli olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR