Yalnız fevral ayında indiyədək 9 qadın öldürülüb -

Azərbaycanda yalnız fevral ayında indiyədək 9 qadın öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova paylaşım edib. O bildirib ki, fevralın 1-dən 19-a qədər ölkədə aşağıdakı qadın qətlləri baş verib:

- 2 fevralda Bakıda 14 yaşlı Günay Şadatova anasının sevgilisi tərəfindən bıçaqlanaraq;

- 4 fevralda Şəmkirdə iki uşaq anası olan 28 yaşlı Qənirə Şərifova qardaşı tərəfindən bıçaqlanaraq;

- 6 fevralda Cəlilabadda 31 yaşlı Aysel Abbasova keçmiş əri tərəfindən bıçaqlanaraq;

- 10 fevralda Bakıda 46 yaşlı Solmaz Mansurova oğlu tərəfindən bıçaqlanaraq;

- 11 fevralda Binə qəsəbəsində 55 yaşlı Pakizə Məmmədova əri tərəfindən bıçaqlanaraq;

- 16 fevralda Yevlaxda 20 yaşlı Başxanım Salmanova odlu silahla;

- 19 fevralda Sumqayıtda 28 yaşlı Samirə Məmmədzadə əri tərəfindən kəsici-deşici alətlə;

- 19 fevralda Tərtərdə 42 yaşlı Gülnar Məmmədova əri tərəfindən kəsici deşici alətlə;

- 19 fevralda Abşeronda 49 yaşlı Mehriban Hüseynzadə oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Şəkilin açıqlaması yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR