Paşinyan "bulanıq suda balıq tutmağa" çalışır:

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə atəşkəsi yenidən pozaraq, həmçinin Qarabağda qanunsuz silahlı erməni dəstələri mövqelərimizi müxtəlif istiqamətlərdə atəşə tutub.

Baş verənləri şərh edən politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a bildirdi ki, Avropa İttifaqının mülki missiyasının Ermənistana 200 nəfərlik qurupunun gəlişi fonunda Ermənistan silahlı qüvvələrinin aktivləşməsi təsadüfi deyil. Politoloq deyir ki, görünür, təlimat Kremldən deyil, Emanuel Makronun ofisindən verilir.

"Avropa İttifaqının mülki missiyasının tərkibində Fransadan olan silahlı jandarma dəstələri var. Ermənistan təxribatlar həyata keçirməklə, Avropa İttifaqının anti - Azərbaycan bəyanatlar hazrlanmasına nail olmağa çalışır. Hərbi yolla Azərbaycana təzyiq edə bilməyən rəsmi Yerevan Fransa ilə birgə siyasi yolla təzyiq etmək planına malikdir. Çox gümanki, Avropa İttifaqının mülki missiyası Ermənistanın təxribatları fonunda Fransanın təhriki ilə Azərbaycan əleyhinə hesabatlar hazırlaya bilər".

Politoloq qeyd etdi ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələrinin atəşkəsi pozması da eyni analoji xəttə xidmət edir.

"Nikol Paşinyanın siyasəti anti-demokratik, siyasətdən ibarətdir. Rəsmi Yerevanın Azərbaycana gödərdiyi sülh təklifində Qarabağda Avropa İttifaqının xüsusilə Fransanın misisyasının yerləşdirilməsi irəli sürüb. Ermənistan baş naziri Nikol Paşinyan "bulanıq suda balıq tutmağa" çalışır. Onun bu siyasətinin Ermənistan-Türkiyə siyasətində normallaşma prosesinə zərbə vurması istisna deyil. Ermənistanın təxribatları artarsa, Azərbaycanın adekvat və preventiv tədbirlər görməsi qaçılmaz olacaq".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR