“Münxen Konfransında Azərbaycan mövqeyini ortaya qoydu” -

“Münxen Təhlükəsizlik Konfransında Cənubi Qafqaz regionunun liderlərinin ilk dəfə birlikdə qatıldığı “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclas Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və Prezident İlham Əliyevin siyasətçi kimi, rəhbər kimi ölkəsini ən yüksək səviyyədə təmsil etməklə ölkə mənafeyini qoruması baxımdan olduqca məhsuldar bir iclas oldu”.

Metbuat.az xəbər verir ki, bu fikirləri açıqlamasında deputat Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, plenar iclasda bir çox məsələlərə toxunulsa da, əsas məqam əlbəttə ki, Qarabağımızla bağlı növbəti prosedurlar, ilk növbədə də sülh müqaviləsidir.

“Cənab Prezident bir daha bütün dünyaya Azərbaycan xalqının istəklərini çatdırdı ki, Qarabağ mövzusunda bizim hər hansı bir məsələdə güzəştə getmək niyyətimiz yoxdur. Hər nə yolla olursa olsun, məqsədimizə çatacağıq. Ancaq plenar iclasdan da göründüyü kimi Ermənistan sülh müqaviləsi imzalamaqdan çəkinir və bacardıqca bu prosesi uzatmaqla məşğuldur. Həmişəki kimi özünü yazıq və məğlub bir ölkə kimi dünyaya göstərməklə yardım dilənir. Ancaq onlar hələ də anlamırlar ki, biz onların torpaqlarını işğal etməmişik, öz torpaqlarımızı işğaldan azad etmişik. Çünki müharibə dövründə Azərbaycandan bir nəfər belə fərari olmadığı halda, Ermənistandan 11 mindən çox insan ordu sıralarından fərari olmuşdu. Əlbəttə bu da bir daha göstərir ki, Ermənistan vətəndaşları özgə torpaqlarında döyüşmək istəmirdi”.

Vüqar İskəndərov qeyd etdi ki, Prezident İlham Əliyev BMT TŞ-nin bu məsələdə fəaliyyətsizliyini, ATƏT-in Minsk qrupunun uğursuzluğunu dünyanın diqqətinə çatdırmaqla bundan sonrakı proseslərdə Azərbaycanın mövqeyini ortaya qoymuş oldu.

“Çünki biz Ermənistanın sülh danışıqlarından qaçmasının, müxtəlif bəhanələr gətirməsinin illərcə şahidi olmuşuq. 28 il sülh danışıqları getsə də sonda bu məsələ hərb yolu ilə həll oldu. Ali baş komandanın rəhbərliyi ilə ordumuz BMT-nin 4 qətnaməsini özü icra etdi. Buna görə də biz dünyaya gücümüzü və xalqın iradəsini Prezident İlham Əliyevin timsalında göstərə bildik”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR