Unibank rəhbərliyində yeni təyinat olub

“Unibank KB” ASC İdarə Heyətinin qərarına əsasən, Tahir Qəribov Korporativ Biznes üzrə Baş İnzibatçı vəzifəsinə təyin edilib.

Bu barədə Metbuat.az-a bankdan bildirilib. Tahir Qəribov 2010-cu ildən Unibank komandasının üzvüdür. O, bankda müxtəlif vəzifələrdə işləyib. Bu təyinatadək o, Unicapital İnvestisiya Şirkətinin Baş direktoru vəzifəsindən çalışırdı.

Yeni vəzifədə Tahir Qəribov Unibankın korporativ biznesinin inkişafı istiqamətinə rəhbərlik edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR