Türkiyə və Yunanıstan müharibə etsə ABŞ kimin tərəfində olacaq? -

Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyəyə ardınca isə Yunanıstana səfər edən ABŞ-ın dövlət katibi Entoni Blinken Yunanıstan mediasına açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, jurnalist Türkiyəni işarə edərək Blinkenə “NATO üzvü digər NATO üzvünə hücum edərsə ABŞ-ın mövqeyi necə olacaq?” deyə sual verib. Blinken isə "Təbii ki, bu cür suallara cavab verməyəcəyəm. İstəyirik ki, tərəflər təxribat xarakterli hərəkətlər və bəyanatlar verməsinlər" deyə cavab verib.

Blinken Türkiyə və Yunanıstan münasibətlərindən danışarkən qeyd edib ki, ABŞ tərəflərin sakitliyi davam etdirəcəyinə inanır. “ABŞ üçün Türkiyə və Yunanıstanın yaxın müttəfiq, yaxın tərəfdaş və yaxın dost olması önəmlidir. Çünki biz onları birlikdə görmək istəyirik” - Blinken deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR