İsrailli komandandan duyğulu sözlər: Cibində gəzdirdiyi türk qəpiyinin sirrini açdı /

Türkiyədə axtarış işlərinə qatılan İsrail xilasetmə qrupunun komandanı cibində gəzdirdiyi türk qəpiyi barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, metal pulu ona israilli xilasedicilər tərəfindən dağıntılar altından çıxarılan uşağın əmisi verib. Uşağın əmisi ona deyib ki, yerli ənənəyə görə metal pul uşaq dünyaya gətirən qadına verilir. Əgər doğum çətin reallaşıbsa pul uşağın dünyaya gəlməsinə kömək edən şəxsə verilir.

Uşağı dağıntılar altından xilas etdiyinə görə, əmi İsraildən olan komandana metal pulu xatirə verib.

D


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR