"Mənə sataşırlar, həmin şəxsləri rinqə çağırıram" - Sabiq rektor

"Ölkədən getməyimlə bağlı yayılan xəbərlər doğru deyil. Heç vaxt xaricdə yaşamamışam".

Metbuat.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Ağacan Abıyev ölkədən getməsi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Sabiq deputat Azərbaycandan kənarda heç vaxt yaşamadığını vurğulayıb:

"Heç vaxt belə şey olmayıb və yayılan məlumatlar tamamilə yanlışdır. Deyəsən, bu yaşda mənə sataşırlar, həmin şəxsləri rinqə çağırıram. Buyursunlar, gəlsinlər. Tanımırlar məni?! Əlbəttə ki, xaricdə olmuşam. Olimpiya Oyunlarınıln baş hakimi olmuşam, beynəlxalq dərəcəli hakiməm, boksçu olmuşam. Bunlara görə məni tanıyırlar da. Xaricə yarışa gedirəm də. Utanmırlar, sataşırlar mənə. 85 yaşında kişiyə sataşırlar".

Qeyd edək ki bu gün Ağacan Abıyevin Azərbaycanı tərk etməsi ilə bağlı məlumat yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR