Müğənnidən DİN-ə müraciət -

Müğənni Zenfira İbrahimovanın başına iş gəlib.

Metbuat.az xəbər verir ki, o, həyat yoldaşının avtomobilindən 15 min manat pulunun oğurlandığını bildirib.Onun sözlərinə görə, hadisə Nərimanov rayonu ərazisində baş verib:

"Həyat yoldaşım Anar Heydərovun maşınından avtoyuyucu məntəqəsində 15 min manatımız götürülüb. Şəxsiyyəti bilinməyən şəxs pulu götürüb və qaçıb. Gecədən polis həmin şəxsi axtarır. Həmin şəxs Anarın telefonuna mesaj yazır ki, polisə şikayət etməyin, pulu qaytaracağam".

Zenfira İbrahimova Daxili İşlər Nazirliyinə müraciət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR