ABŞ Ukraynaya beşinci nəsil döyüş təyyarələri verə bilər

ABŞ Ukraynanı beşinci nəsil döyüş təyyarələri ilə təchiz etmək imkanını nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland belə açıqlama verib. O bildirib ki, hazırda ABŞ adminstrasiyası qəti qərar verməsə də, bəzi rəsmilər bunun tərəfdarıdır. Həmçinin, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynaya təhlükəsizlik üçün əlavə 2 milyard dollar yardım göndəriləcəyini deyib.

Qeyd edək ki, Ukrayna ABŞ-dan F-16 təyyarələri tələb edib. Bir sıra Qərb ölkələri Ukraynaya döyüş təyyarələri verə biləcəyini açıqlayıb. İtaliya isə bu barədə planının olmadığını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR