Nigar Şabanova:

"Şükürlər olsun ki, üzüm gülməyə başlayıb".

Metbuat.az xəbər verir ki, Əməkdar artist Nigar Şabanova bunu "7 canlı" verilişində deyib. O qeyd edib ki, həyatında bəzi xatirələri yavaş-yavaş unutduğunu və üzünün gülməyə başladığını deyib.

Aparıcı Vüsalə Əlizadə isə Şabanovaya həyatında yeni birinin olub-olmaması ilə bağlı sualına isə o, belə cavab verib: "Hazırda həyatımda heç kim yoxdur. Subaylıqıdr, sakitlikdir. Xoşbəxtəm. Ürəyində sevgi olmayan insan təbii ki çox sıxıcı həyat yaşayır. Çox şey ona bağlıdır. Bir gün yəqin ki, mənə də qismət olar".

Xatırladaq ki, Şabanova 2021-ci ildə Xəyyam Qaragözovla evlənib. Lakin cütlük ötən il boşandığını bildirmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR