Zelenski istədiyini aldı -

ABŞ-ın Müdafiə Nazirliyi Ukraynaya veriləcək 2 milyard dollarlıq hərbi yardımın detallarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, dəstək paketinə müxtəlif pilotsuz uçuş aparatları, lazerlə idarə olunan raketlər, elektron döyüş texnikaları və digərləri daxildir. Məlumatda bildirilir ki, ABŞ administrasiyası Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü fondundan Ukrayna ordusuna 2 milyard dollarlıq hərbi yardım verəcək.

“Bu gün Müdafiə Nazirliyi ABŞ-ın Ukraynanın cəsur müdafiəçilərinə qətiyyətli dəstəyini göstərmək və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni təhlükəsizlik yardım paketini elan edir. Bu 2 milyard dollarlıq paket Ukraynanın uzunmüddətli təhlükəsizliyinə dair öhdəliklərimizin bir hissəsidir” - Pentaqonun açıqlamasında deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR