Maaş artımı yalnız bu müəllimlərə aid olacaq

Fevralın 23-də Prezident İlham Əliyev müəllimlərin əmək haqqlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb.

Metbuat.az xəbər verir ki, dövlət başçısının məlum sərəncamı barədə danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, aşağıdakı kateqoriya işçilərin əmək haqqılarında artım olacaq:

- Dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

- Həmin müəssisələrin direktor və direktor müavinləri;

- Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;

- Dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

- Həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri;

- İdarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər.

Deputat qeyd edib ki, müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olunmuşdu.

"Öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq maaş artımları fevralın 1-dən hesablanacaq" - deyə V.Bayramov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR