Bakı-Sumqayıt şossesində ZƏNCİRVARİ YOL QƏZASI -

Abşeron rayonu ərazisində 4 avtomobil qəzaya uğrayıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə DYP-nin Ekologiya postunun qarşısında qeydə alınıb.

Belə ki, “KIA” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirərək avtomobilini eyni istiqamətdə hərəkətdə olan “Nissan” markalı maşına çırpıb. Zərbənin gücündən “Nissan” yolun əks istiqamətinə çevrilib.

Həmin yoldan gələn “Mercedes” markalı minik maşınının sürücüsü sükana nəzarəti itirərək maşınını “Nissan”a çırpıb. Daha sonra digər “Mercedes Vito” markalı mikroavtobus eynimarkalı minik maşınına çırpılıb. Qəza nəticəsində mikroavtobusun sərnişini xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR