Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım etdi -

“31 il əvvəl Xocalıda azərbaycanlı qardaşlarımızın qətlə yetirilməsini lənətləyir, şəhidlərimizi bir daha rəhmətlə yad edirik”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

“Biz Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmamışıq, unutmayacağıq. Can Azərbaycanın dərdi bizim dərdimizdir”, - nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR