TBMM sədri Xocalı soyqırımının ildönümü ilə bağlı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop özünün "Twitter" səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

"31 il əvvəl Xocalıda şəhid olan azərbaycanlı qardaşlarımızın xatirəsini rəhmətlə yad edir, kədər və sevinc içində əbədi bir yerdə olduğumuz Azərbaycana bir daha başsağlığı verirəm.

Rəsmi olaraq beynəlxalq cinayət kimi tanınan bu soyqırımı heç vaxt unutmayacağıq"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR