ABŞ-da Azərbaycan səfirliyinə qarşı

Ermənilər ABŞ-da Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim "Twitter" hesabında yazıb.

“Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, - deyə diplomat qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR