Videosu yayılan mərsiyyəçi uşaq kimdir? -

Sosial şəbəkələrdə mərsiyyə deyən yeniyetmə ilə bağlı yayılan video ətrafında müzakirələr səngimək bilmir. İzləyicilərin böyük əksəriyyəti dinimizin bu şəkildə təqdim olunmasını, xüsusən uşaqların belə məclislərə cəlb edilməsini kəskin pisləyiblər.

Metbuat.az konkret.az-a istinadən xəbər verir ki, insanların marağına səbəb olan məlum videonun nə vaxt və harada çəkildiyini öyrənmək məqsədilə tanınmış din xadimi Hacı Şahinlə əlaqə saxlayıb. Hacı bildirib ki, video yeni deyil, sadəcə kimsə yenidən gündəmə gətirib:

“Çox-çox illər öncə çəkilib. Videodakı roizəxan (mərsiyyə deyən adam – red.) Əlirza İsfəndiyarinin uşaqlığıdır. İndi onun qırxdan çox yaşı olar. Həmin mərsiyyəni isə Azərbaycanda yox, İranın Ərdəbil şəhərində oxuyub. Ərdəbildə belə dini mərasimlər adi bir haldır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR