İcra başçısının jurnalistə cavabı gündəm oldu -

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun dünən Xocalı faciəsinin ildünümü ilə bağlı keçirilən anım mərasimində jurnalistlə dialoqu sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Metbuat.az xəbər verir ki, "Toplum" TV-nin jurnalistinin Bayram Səfərova "Şuşaya gedə bilirsiniz?" sualına icra başçısı "sənə dəxli var?" cavabını verib.

Jurnalistin "axırıncı dəfə nə vaxt Şuşada olmusunuz?" sualına isə Səfərov "3 ay qabaq, yanvarda" deyə cavab verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR