Dumanlı hava nə vaxtadək davam edəcək?

"Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti fasilələrlə martın 1-i axşamadək davam edəcək".

Metbuat.az xəbər verir ki, bunu ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR