Zelenski niyə həmişə kamuflyaj formaları geyinir? -

Bir ildir davam edən Ukrayna- Rusiya müharibəsi başlayandan bu günə qədər Ukrayna prezidenti Volodimir Zelenski və nazirlərin niyə həmişə zeytun yaşılı köynək və ya hərbi forma geyindiyi müzakirə mövzusudur.

Metbuat.az xəbər verir ki, bu barədə “German Focus” nəşrinə müsahibə verən Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, bu müharibə dövrünün diplomatik proseduru adlanır.

“Bu hərbi geyimlər bizi vətənimiz üçün canını verən qız və oğlanların ruhu ilə birləşdirir, hələ də onlar üçün döyüşməyə davam etdiyimizin simvoludur. Biz bu formanı müharibənin sonuna qədər geyinəcəyik. Əgər ölkənizdə müharibə gedirsə necə kostyum geyinib qalstuk taxa bilərsiniz? Bu mümkün deyil.”, - deyə Ukraynanın baş naziri vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR