Putinin seçki kampaniyasının müəllifi, məşhur politoloq

Məşhur rusiyalı politoloq və jurnalist Qleb Pavlovski 71 yaşında dünyasını dəyişib.

Metbuat.az “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, ağır xəstəlikdən uzun müddətdir müalicə olunan Pavlovski 1995-ci ildə yaradılmış “Effektiv Siyasət Fondu”nun yaradıcısı idi. Bu fond 2000-ci ildə Vladimir Putinin prezidentlik kampaniyasına dəstək verib. 2004-cü ildə Pavlovski Ukraynada keçirilən prezident seçkilərində Viktor Yanukoviçin kampaniyasında iştirak edib. 2005-2008-ci illərdə NTV kanalında "Real siyasət" verilişinin aparıcısı olub.

2011-ci ildə Rusiya Federasiyası Prezidentinin aparatı “Effektiv Siyasət Fondu” ilə müqaviləyə xitam verdi, bundan sonra Pavlovski Prezident Aparatının rəhbərinin müşaviri vəzifəsindən istefa verdi. O, şərhlərində qeyd edib ki, görünür prezident administrasiyası üçün problemlər yaratmağa başlayıb. 2012-ci ildə Pavlovski Moskvanın Bolotnaya meydanında müxalifətin “Milyonların marşı”nda öncül iştirakçılardan biri olub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR