“​Qazprom” İranla enerji sahəsində əməkdaşlığa başlayır

“Qazprom” və İran səfiri enerji əməkdaşlığını müzakirə ediblər.

Metbuat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, müzakirələrdə “Qazprom”un baş direktoru Aleksey Miller və İranın Rusiyadakı səfiri Kazem Cəlali iştirak edərək enerji sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.

Xəbərdə həmçinin bildirilir ki, iyul ayında “Qazprom” və İran Milli Neft Şirkəti arasında strateji əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədə qarşılıqlı fəaliyyət imkanlarının təhlili, o cümlədən, İranda qaz və neft yataqlarının işlənməsi, təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarının həyata keçirilməsi, iri tonajlı və kiçik həcmli tonajlı LNG layihələri, qaz kəmərlərinin tikintisi, elmi, texniki və texnoloji əməkdaşlıq barədə maddələr daxil edilib.

Qeyd edək ki, 2002-ci ildən İranda “Qazprom” PJSC-nin nümayəndəliyi fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR