Ölkədə nə qədər qəzalı məktəb var? -

"Azərbaycanda 800-dən çox məktəb qəzalıdır".

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, həmin məktəbləri eyni gündə təmir etmək mümkün deyil, proses mərhələli şəkildə həyata keçirilir:

"Azərbaycanda hər dörd məktəbdən üçü təmirlidir və yaxşıdır. İl ərzində çalışırıq ki, 100 məktəb təmir olunsun. Hər regionda bir məktəbin təmir olunmasına çalışırıq. Ən böyük və daha pis vəziyyətdə olan məktəblərin təmir edilməsindən başlayırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR