Ərdoğan Sərvərlə görüşdü -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş bölgələrdə görülən işlərlə tanış olmaq üçün Adıyamana gəlib.

Mtebuat.az xəbər verir ki, Adıyamanın mərkəzini və Gölbaşı mahalını ziyarət edən Ərdoğan baş verən zəlzələlərdən sonra köhnə avtomobili ilə Türkiyəyə yardım aparması ilə gündəmə gələn azərbaycanlı Sərvər Bəşirli ilə də görüşüb.

Qeyd edək ki, həmyerlimiz hazırda bölgədə aparılan yardım işlərinə qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR